Dünya futbolu
Əzizov oynadı, komandası xal itirdi
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 31-ci…
Futbol üzrə Hollandiya birinci divizionunda (Jupiler Liqa) 31-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun komandası – "Den Boş" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Valveyk"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Ziya bu görüşə start heyətdə başlasa da, 77-ci dəqiqədə əvəzlənib. O, əvəzlənməzdən 3 dəqiqə öncə sarı vərəqə ilə də cəzalanıb.
Qeyd edək ki, "Den Boş" 31 turdan sonra 38 xalla 20 komanda arasında 12-cidir.