Dünya futbolu
"Milan"ı alan şirkət dövlət dəstəyindən məhrum oldu
"Milan" klubunun (99,93%) alışı üçün Sil…
"Milan" klubunun (99,93%) alışı üçün Silvio Berluskoni ilə danışıqlar aparan "Sino-Europe" konsorsiumu dövlət dəstəyindən məhrum olub. Futbolinfo.az xəbər verir ki, Çin hökumətinin yerli biznesmenlərin xarici idman layihələrində iştirakını ciddi şəkildə tənqid etməsindən sonra "Haixia Capital Management" "Milan"la razılaşmanın qarşıdakı maliyyə işlərindən imtina edib.
Berluskoninin şirkəti "Fininvest" məsələdən xəbərdar olsa da, tərəflər razılaşmanı davam etdirirlər. "Sino-Europe"nın dövlət investorunu itirməsindən sonra imzalama prosesi bir qədər də tezləşdirilə bilər. Şirkət əlavə maliyyə üçün alternativ mənbələr axtarışına başlayıb.
"Sino-Europe" ötən yay "Milan"ı 520 milyon avroya almaq barədə razılıq əldə edib. Bu məbləğ bir neçə dəfəyə köçürüləcək. Berluskoni artıq məbləğin 200 milyonunu alıb.