Dünya futbolu
İker Kasilyas və Xuan Mata milliyə çağırılmadı
İspaniya millisinin baş məşqçisi Xulyen Lopategi İsraillə…
İspaniya millisinin baş məşqçisi Xulyen Lopategi İsraillə seçmə (DÇ-2018), Fransa ilə yoldaşlıq oyunları üçün heyəti açıqlayıb. Futbolinfo.az xəbər verir ki, ispanlar martın 24-də İsraillə, 4 gün sonra isə Fransa ilə üz-üzə gələcək.
Qapıçılar: David De Xea ("Mançester Yunayted"), Pepe Reyna ("Napoli"), Serxio Riko ("Sevilya");
Müdafiəçilər: Jordi Alba ("Barselona"), Sesar Aspilikueta ("Çelsi"), Naço Monreal ("Arsenal"), Jerar Pike ("Barselona"), Naço ("Real"), Serxio Ramos ("Real"), Daniel Karvaxal ("Real");
Yarımmüdafiəçilər: Xavi Martines ("Bavariya"), Ander Errera ("Mançester Yunayted"), Serxi Buskets ("Barselona"), Aser İlyarramendi ("Real Sosyedad"), Andres İnyesta ("Barselona"), İsko ("Real"), Tiaqo Alkantara ("Bavariya"), Koke ("Atletiko"), David Silva ("Mançester Siti"), Vitolo ("Sevilya");
Hücumçular: Pedro Rodriqes ("Çelsi"), Alvaro Morata ("Real"), Dieqo Kosta ("Çelsi"), Jerar Deulofeu ("Milan"), Yaqo Aspas ("Selta").