Dünya futbolu
MS rəhbərliyi transferlərə 200 milyon ayırdı
"Mançester Siti" rəhbərliyi komandanın Çemp…
"Mançester Siti" rəhbərliyi komandanın Çempionlar Liqasına erkən vidalaşmasından narazı qalıb. Futbolinfo.az xəbər verir ki, bu səbəbdən də yayda transferlərə 200 milyon funt xərc ayrılacağı bildirilib.
"Şəhərlilər" ən azı 4 müdafiəçi almağı planlaşdırır. Namizədlər arasında "Yuventus"un mərkəz müdafiəçisi Leonardo Bonuççi, "Valensiya"nın sol cinah müdafiəçisi Xose Qaya və "Bavariya"nən universal müdafiəçisi Coşua Kimmix var. Bundan başqa Quardiola "Bavariya"dan yaxşı tanıdığı Manuel Noyeri də transfer etmək niyyətindədi.
Belə olan halda Villi Kabalyero, Qael Klişi, Pablo Sabaleta, Bakari Sanya, Vensan Kompani və Yaya Ture komandanı tərk edə bilərlər. Eyni zamanda hazırda icarədə olan Samir Nəsri, Co Hart, Vilfrid Boni və Manqalanı da eyni aqibət gözləyir.