Ölkə futbolu
İnyesta 35 milyonluq təklifi rədd etdi
"Barselona" ilə yeni müqavilənin müzakirələrin…
"Barselona" ilə yeni müqavilənin müzakirələrini davam etdirən Andres İnyesta Çindən gələn 2 təklifi rədd edib. Futbolinfo.az xəbər verir ki, onlardan birinin şərtlərinə əsasən, İnyestanın məvacibi ildə 35 milyon avro təşkil edə bilər. Müqavilənin bəndlərinə görə o, hətta səfər oyunlarına getməyə bilər.
Çin klubu yayda 33 yaşı tamam olacaq futbolçunu razı salmaq üçün danışıqları davam etdirəcək.
Təcrübəli yarımmüdafiəçinin "Barselona" ilə müqaviləsinin müddəti 2018-ci ilin yayına qədər nəzərdə tutulub.