Dünya futbolu
Pavel Paşayevin komandası darmadağınla qalib gəldi
Futbol üzrə Ukrayna çempionatında 22-ci turun oyunları …
Futbol üzrə Ukrayna çempionatında 22-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası – "Stal" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Aleksandriya" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 4:1.
Oyuna start heyətdə başlayan Paşayev yenə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Stal" 22 turdan sonra 24 xalla 12 klub arasında 8-ci pillədə qərarlaşıb.