Premyer-liqa
Samir Abasov da Gəncə stadionunun qazonundan şikayətləndi
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbayc…
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Oyunun bu cür çətin şəraitdə keçəcəyi məlum idi. Hər iki komandanın qalib gəlmək üçün şansı oldu. Bir qolu biz də vura bilərdik, rəqib də. "Kəpəz” bunu bacardı. Buraxdığımız səhv qolla nəticələndi. Bu cür meydançada komandaların 2 topdan çox vurduğunu görməmişik. Belə qazondan istədiyin kombinasiyanı qura bilmirsən. Çox çətindir. Bu "Kəpəz”ə Sumqayıtda 3:1 hesabı qalib gəlməyimiz dediyimə sübutdur. Əvvəlcədən bilirdik ki, bu oyunu oynaya bilməyəcəyik. İndi 3-4 günlük ara verəcəyik. Bayramı qeyd edənləri təbrik edirəm. Vəziyyətimiz get-gedə gərginləşir. Çempionatda maraq artır, rəqiblər bir-birinə yaxınlaşır. Bizim üçün hələ heç nə bitməyib. Bundan sonra evdə oyunlarımız var. Vəziyyəti düzəltməyə çalışacağıq. Matçdan sonra 3-4 futbolçumuzun hakimlərə yaxınlaşdığını gördüm və xoşagəlməz halın baş verməməsi üçün özüm də oraya yollandım. Onları oradan aparmaq üçün yaxınlaşmışdım”.
- Premyer-liqa2024-05-17 23:50
“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov
- Premyer-liqa2024-05-18 18:58
“Neftçi”, “Zirə” və “Sabah”dan vacib qələbə
- Ölkə futbolu2024-05-19 10:44
Mahirin 2024-cü ildə ilk oyunu
- Premyer-liqa2024-05-18 09:00
“Sabah” “Sumqayıt”a, “Səbail” “Neftçi”yə, “Kəpəz” “Zirə”yə qarşı