Ölkə futbolu
Ramil Şeydayev oynadı, "Jilina" qələbə qazandı
Futbol üzrə Slovakiya çempionatında 24-cü turun oyu…
Futbol üzrə Slovakiya çempionatında 24-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin komandası – "Jilina" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Rujomberok"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.
Şeydayev bu qarşılaşmanın 74-cü dəqiqəsində meydana buraxılıb.
Qeyd edək ki, "Jilina" hazırda 52 xalla çempionatın vahid lideridir.