Dünya futbolu
Amit oynamadı, komandası tək qolla qalib gəldi
Futbol üzrə Yunanıstan çempionatında 25-ci turun oyunla…
Futbol üzrə Yunanıstan çempionatında 25-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası – AEL də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Panetolikos"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Amitin adı bu qarşılaşmanın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, AEL geridə qalan turlarda topladığı 24 xalla 16 klub arasında 12-ci pillədə qərarlaşıb.