Dünya futbolu
Ufuk oynadı, komandası ev oyununda uduzdu
Futbol üzrə Türkiyə 1-ci liqasında 25-ci turun oyunları …
Futbol üzrə Türkiyə 1-ci liqasında 25-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budağın komandası – "Manisaspor" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Yeni Malatyaspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Start heyətdə meydana çıxan Ufuk yenə sonadək oynayıb.
"Manisaspor" hazırda 24 xalla 18 klub arasında 14-cü pillədə qərarlaşıb.