Milli komanda
"Şimali İrlandiya və Azərbaycanı doğma meydanda məğlub etsək…"
“Bizim üçün kabus kimi oyun oldu. Çox z?…
“Bizim üçün kabus kimi oyun oldu. Çox zəif təsir bağışladıq. Üzərimizdə hələ çox çalışmalıyıq”. Futbolinfo.az xəbər verir ki, bu sözləri millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən olan Norveç yığmasının baş məşqçisi Lars Laqerbek deyib.
Onun komandası seçmə mərhələnin 5-ci turunda səfərdə Şimali İrlandiyaya uduzub və vəziyyətini bir qədər də çətinləşdirib. Qarşılaşmdan sonra açıqlama verən Laqerberk qrupdakı vəziyyətlərindən danışıb. O bildirib ki, qrupdan çıxmaq üçün Şimali İrlandiya və Azərbaycan millisini öz meydanlarında məğlub etməlidilər:
“İlk hissədə meydanda yox idik. İkinci hissdə isə nisbətən yaxşı təsir bağışladıq. Məğlub olmasaydıq, yaxşı şanslarımız olacaqdı. Amma yenə də hər şey bitməyib. Mübarizə aparacağıq. Düzdü, bu, çətindi. Amma qrupda ikincilik şansımız var. Bundan sonra keçirəcəyimiz oyunlarda məğlub olmamalıyıq. Şimali İrlandiya və Azərbaycanı doğma meydanımızda məğlub etsək, vəziyyətimiz düzəldə bilərik”.
Qeyd edək ki, millimiz öz meydanında keçirdiyi oyunda Norveçi 1:0 hesabı ilə məğlub etmişdi.
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”