Milli komanda
Məsut Özildən Azərbaycan xalqına təşəkkür – FOTO
DÇ-2018-in seçmə mərhələsi çərçivəsi…
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində ötən gün Azərbaycan millisinin qonağı olan Almaniya yığmasının yarımmüdafiəçisi Məsut Özil Azərbaycan xalıqna təşəkkür edib. Futbolinfo.az xəbər verir ki, türk əsilli futbolçu "Tvitter" hesabından bunları yazıb:
"Çox sağ ol, Azərbaycan! Dünənki oyunda isti münasibətə görə təşəkkür edirəm".
Qeyd edək ki, dünənki matçda meydana sonradan daxil olan Özili azarkeşlər alqışlarla qarşılayıb. Qarşılaşma isə almanların 4:1 hesablı qələbəsi ilə bitib.