Ölkə kuboku
"Qəbələ" ilə oyuna iki itki ilə
Martın 30-da Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyun…
Martın 30-da Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, "İnter" öz meydanında "Qəbələ"ylə qarşılaşacaq.
Bakılılar bu oyuna itkilərlə çıxacaq. Fərdi məşqlərini davam etdirən qapıçı Səlahət Ağayevin bu oyunu buraxması gözlənilir. Bundan başqa cəzalı olan Fuad Bayramov da komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, sözügedən matç martın 30-da "İnter Arena"da keçiriləcək və saat 17:00-da start götürəcək.