Dünya futbolu
FIFA Messini cəzalandıra bilər – VİDEO
Argentina millisinin futbolçusu Lionel Messi cəzalandırıla b…
Argentina millisinin futbolçusu Lionel Messi cəzalandırıla bilər.
Futbolinfo.az xəbər verir ki, buna səbəb DÇ-2018-in Çiliyə qarşı seçmə mərhələ matçında 29 yaşlı hücumçunun yan xətt hakimini təhqir etməsidi.
FIFA-nın məsələ ilə bağlı araşdırmağa başladığı və Argentina Futbol Federasiyasını məlumatlandırdığı bildirilib. Əgər Messinin hakimi söydüyü təsdiqini tapsa, o, 2-4 oyunluq diskvalifikasiya olunacaq.
Bununla belə, bildirilir ki, Messi cəzadan qaça bilər. Çünki hakimlər bununla bağlı oyunun protokoluna heç nə yazmayıblar.