Ölkə futbolu
“Neftçi”nin yubileyi mənim üçün xalqımızın Novruz bayramı kimidi”
“Neftçi” PFK-nın veteran futbolçusu Nikolay…
“Neftçi” PFK-nın veteran futbolçusu Nikolay Boqdanov klubun rəsmi saytına açıqlama verib. Futbolinfo.az xəbər verir ki, Ukraynanın paytaxtı Kiyevdən “Neftçi”nin 80 illik yubileyi ilə bağlı martın 30-da Bakıda keçiriləcək tədbirə dəvət olunmuş 1966-cı ilin bürünc mükafatçısı sevincini belə ifadə edib:
“Neftçi”nin yubileyinə gəlmək mənim üçün xalqımızın Novruz bayramı kimidir. Öz vətəninə necə getmək olar?! Ən gözəl hisslərlə, ən gözəl təəssüratlarla. Bu mənim vətənimdir. Vətənim mənə yaşamağı, futbol oynamağı öyrədib. Bu mənim üçün hər şeydir. Bir vaxtlar çiyin-çiyinə oynadığım komanda yoldaşlarımla yenidən görüşmək istərdim. Bu bizim hamımız üçün çox böyük bayram olacaq. Bunu bizə yaşadan klub rəhbərliyinə minnətdaram. İnanıram ki, belə bir gündə azarkeşlər tribunanı dolduracaqlar”.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə