Ölkə futbolu
Qriqorçuk: "Ranyeri ilə Yardimi məmnuniyyətlə kofe içməyə dəvət edərdim"
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorç…
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk görüşmək istədiyi mütəxəssislərin adlarını açıqlayıb. Futbolinfo.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, təcrübəli çalışdırıcı Avropadan iki məşqçinin işini bəyəndiyini söyləyib.
Qriqorçuk komandası ilə gözlənilməz nəticələr əldə edən mütəxəssisləri fərqləndirməyi xoşlayır: “Klaudio Ranyeri ilə Leonardo Yardimi məmnuniyyətlə kofe içməyə dəvət edərdim. Onlar bir növ inanılmazı reallaşdırıblar. Ranyeri heç kimin gözləmədiyi halda “Lester”i tarixində ilk dəfə İngiltərə çempionu edib. Yardim isə “Monako” ilə Çempionlar Liqasında “Mançester Siti” kimi komandanı mübarizədən kənarlaşdırıb”.
Qeyd edək ki, Roman Qriqorçukun rəhbərliyi altında 3-cü mövsümünü keçirən “Qəbələ” ilk iki mövsümdə Avropa Liqasının qrup mərhələsinə qədər irəliləyib. Apasport
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı