Premyer-liqa
Diniyev: "Kəpəz" qalan 4 oyunda qələbə qazanmaq gücündədi"
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Prem…
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
– Maraqlı oyun oldu. İlk hissədəki tempi qoruya bilmədik. İkinci hissənin əvvəlində buraxdığımız qol planlarınızı pozdu. Rəqibi əks-hücumlarda tutmaq istəyirdik. Alınmadı. Utanmağa dəyməz. "Qarabağ"ın gücü bəllidi. Bu gün bu komandanı udmağın mümkünlüyündən danışırıqsa, bunun özü böyük şeydi. Çempionatı yaxşı pillədə başa vurmağa çalışacağıq. Rəqibi təbrik edirəm.
– "Kəpəz"in hədəfi yenə avrokuboklara vəsiqə qazanmaqdı?
– Qarşıda 4 oyunumuz var, sona qədər oynayacağıq. Hara qədər gedə biləcəyik, zaman göstərəcək. "Kəpəz" həmin 4 oyunda qələbə qazanmaq gücündədi.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı