Dünya futbolu
Amit Quluzadə ehtiyatda qaldı, komandası uduzdu
Futbol üzrə Yunanıstan çempionatında 26-cı turun oyunl…
Futbol üzrə Yunanıstan çempionatında 26-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin komandası – AEL də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə PAOK-la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Amit bu qarşılaşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, AEL geridə qalan turlarda topladığı 24 xalla 16 klub arasında 12-ci pillədə qərarlaşıb.