Dünya futbolu
Ramil Şeydayev qol vurdu, "Jilina" darmadağınla qalib gəldi – VİDEO
Futbol üzrə Slovakiya çempionatında 25-ci turun oyunlar?…
Futbol üzrə Slovakiya çempionatında 25-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin komandası – "Jilina" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Tatran"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.
Şeydayev bu qarşılaşmanın 62-cu dəqiqəsində meydana buraxılıb. Komandasının sonuncu qolunu da 79-cu dəqiqədə məhz Ramil vurub.
Qeyd edək ki, "Jilina" hazırda 55 xalla çempionatın vahid lideridir.