Ölkə futbolu
Azərbaycan çempionu üçün “Seltik”
Futbol üzrə yeni Şotlandiya çempionu müəyyənləş…
Futbol üzrə yeni Şotlandiya çempionu müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, “Seltik” ölkə birinciliyinin başa çatmasına 8 tur qalmış qızıl medalları təmin edib.
Ötən gün səfərdə “Harts” üzərində 5:0 hesablı qələbəyə sevinən Qlazqo təmsilçisi xal hesabını 86-ya çatdırıb. Nəticədə, Brendan Rocersin çalışdırdığı komanda çempionluğu vaxtından öncə rəsmiləşdirib. Belə ki, “zolaqlılar” hazırda əsas izləyicisi “Aberdin”i 25 xal qabaqlayır. 30 oyunda 28 qələbə qazanan “Seltik” cəmi 2 heç-heçə edib və məğlubiyyət acısı dadmayıb.
Bununla, “Seltik” Çempionlar Liqasında iştirak hüququ qazanıb. Şotlandiya təmsilçisi qitənin ən nüfuzlu klub turnirində Azərbaycan çempionuna potensial rəqib olub. “Zolaqlılar” da bu yarışa təmsilçimiz kimi ikinci təsnifat mərhələsindən star verəcək.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO