Premyer-liqa
“Neftçi” – ardıcıl dördüncü fiasko!
“Neftçi” Azərbaycan Premyer Liqasının 2016/17 m&…
“Neftçi” Azərbaycan Premyer Liqasının 2016/17 mövsümünü mükafatsız başa vuracaq. Futbolinfo.az xəbər verir ki, bakılıların bu uğursuzluğu çempionatın sonuna 4 tur qalmış rəsmiləşib.
“Ağ-qaralar” XXIV turda “Sumqayıt”la səfər matçında 0:2 hesabı ilə uduzub. Bununla, xal hesabı 26-da qalan paytaxt klubu üçün “üçlük” əlçatmaz olub.
Çünki 3-cü pillədə qərarlaşan “İnter” “Neftçi”ni artıq 16 xal qabaqlayır. XXIV turadək bu fərq 13 xala bərabər idi ki, 5 turda bunu aradan qaldırmaq nəzəri cəhətdən mümkün idi. Lakin Sumqayıtdakı məğlubiyyət və “İnter”in AZAL üzərində qələbəsi Elxan Abdullayevin yetirmələrinin ümidlərinin üstündən xətt çəkib.
Beləliklə, bürünc şansı ilə rəsmən vidalaşan “Neftçi” ən yaxşı halda 4-cü yerə ümid edir. Bu, ölkənin ən köklü klubunun ilk “üçlük”dən kənardakı ardıcıl 4-cü mövsümüdü. Sonuncu dəfə 2012/13 mövsümündə çempion olan “ağ-qaralar” həmin qızıldan sonra medal üzünə həsrətdi. Apasport
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə