Premyer-liqa
Əhmədovun AZAL-da 50-ci üzüntüsü
AZAL baş məşqçisi Tərlan Əhmədovun rəhbərliyi altında …
AZAL baş məşqçisi Tərlan Əhmədovun rəhbərliyi altında çempionatda 50-ci məğlubiyyətini alıb. Futbolinfo.az xəbər verir ki, bu uğursuz yubiley Azərbaycan Premyer Liqasının XXIV turunda yaşanıb.
Səfərdə “İnter”ə 1:2 hesabı ilə uduzan “təyyarəçilər” Əhmədovun “sükan arxası”nda olduğu müddətdə Premyer Liqada 102-ci matçını keçirib. Cəmi 100 xal qazanan bakılılar 24 qələbə qazanıb, 28 heç-heçə edib.
50-ci məğlubiyyət zamanı 78-ci qolunu vuran AZAL buraxdığı topların sayını 130-a çatdırıb.
Qeyd edək ki, bu məğlubiyyət AZAL-ın Premyer Liqada sonuncu pilləni tutmasını rəsmiləşdirib. Apasport