Dünya futbolu
Səmədov Çinə getməkdən imtina edib
Moskva “Spartak”ının Azərbaycan əsilli futbolçu…
Moskva “Spartak”ının Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov maraqlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi Çindən gələn təklifi rədd etdiyini açıqlayıb:
“Təxminən bir il əvvəl mənə zəng edib dedilər ki, Çin klubundan təklif var. Məndən Çinə gedib-getməməyimlə bağlı soruşdular və “yox” cavabı verdim. Görün nə qədər insan pula görə Çinə üz tutub. Bu, hər kəsin öz şəxsi seçimidi. 2005-ci ildə isə idman direktoru "Sevilya" ilə oyunöncəsi bildirdi ki, ispaniyalı nümayəndələr sənin oyununu izləyəcklər. Təəccüblənsəm də, öz-özümə dedim ki, İspaniya mənim nəyimə lazımdı? Mənə elə burada da yaxşıdı”.
Qeyd edək ki, Rusiya millisinin üzvü olan Səmədov qış transfer pəncərəsində "Lokomotiv"dən "Spartak"a keçib. Onun vaxtilə Azərbaycan yığmasında oynamaq təkliflərinə rədd cavabı verdiyini də xatırladaq.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi