Bizi izləyin

Ölkə futbolu

"Qəbələ" – güclülərin, "Qarabağ" – zəiflərin qənimi kimi…

Topaz Premyer Liqasında 2016/17 mövsümünün son ak…

blank
Topaz Premyer Liqasında 2016/17 mövsümünün son akkordları çalınır. Ötən mövsüm sona 4 tur qalmış Zirədə çempionluğu təmin edən ağdamlılar bu il sona 4 tur qalmış, ilk dəfə əsas qənimətə bu qədər yaxındılar.
 
Maraqlıdı ki, məhz bunda da zirəlilərin rolu var. “Qartallar”ın Qəbələ səfərindən xalla qayıtması ağdamlıların işini bir az da asanlaşdırdı.
 
Söhbət “Qəbələ”dən düşmüşkən, Roman Qriqorçukun yetirmələrinin cari mövsümdə klub tarixinin ən böyük uğurunu qazanacağı şübhəsizdi. Hətta əldə ediləcək gümüş medal belə klub tarixində bir ilkdi. Belə ki, komandanın indiyə kimi "radar"ına düşən ən böyük nəticə ölkə çempionatlarında ardıcıl 3 mövsüm qazanılan "bürünc"dü.
 
Bununla belə, çətin ki, qazanılacaq gümüş medallar uğur hesab edilsin. Mövsümboyu çempionluq uğrunda amansız mübarizə aparan “Qəbələ”nin zirvədən uzaq düşməsi onlar üçün təəssüfləndirici məqamdı.
 
Bəs, qızıl medallara bu qədər yaxın ikən "qırmızı-qaralar"ın hazırkı vəziyyətə düşməsinə səbəb nədi?
 
Şübhəsiz ki, bu məqamda əsas gözəgirən məqam autsayder və nisbətən zəiflərlə oyunlarda itirilən xallardı. Qriqorçukun yetirmələri ilk "3-lük"də qərarlaşan digər komandalarla görüşdə hələ ki, mümkün 18 xaldan 11-ni əldə edib və 6 qarşılaşmanın yalnız birində yenilib. Əvəzində AZAL, “Kəpəz”, “Sumqayıt” kimi rəqiblərlə oyunlarda edilən heç-heçələr 24-cü turda liderdən 4 xal geri qalmağa gətirib çıxarıb.
 
Sanki “Qəbələ” duel komandasıdı. Komanda əsas rəqibləri ilə matçlarda lazımi nəticəni təmin edir, amma iş ortabablarla və zəiflərlə görüşlərə çatanda "Kərəmi ağlamaq tutur".
 
Elə son 2 il də avrokuboklarda qazanılan nəticələr də bir növ dediyimizin isbatıdı. 8 pley-off matçında bir-birindən güclü komandaları – “Panatinaikos”, “Lill”, “Maribor” kimi rəqibləri üstələyən qəbələlilərin qrup mərhələsindəki nəticələri hamıya məlumdu.
 
Hazırda çempionluğa ən yaxın komanda olan “Qarabağ”ın isə ilk "3-lük"də yer alanlarla oyunlarını fiasko saymaq olar. Ağdamlılar 6 oyunda mümkün 18 xaldan yalnız 4-nü toplayıb ki, “Qəbələ” ilə Suraxanıda qazanılan 3 xal da mübahisəlidi. Əvəzində "3-lük"dən kənarda qalan komandalarla görüşlərdə favorit adını artıqlaması ilə doğruldan Qurban Qurbanovun yetirmələri indi ardıcıl 4-cü dəfə qızıl medalları qazanmağa yaxındı.
 
Elə “İnter”in də problemi “Qəbələ”dəkiylə eynidi. “Bankirlər” “Qarabağ”dan 7 xal alsa da, “Zirə”ni heç bir matçda məğlub edə bilməməsi, tarixinin ən zəif dövrlərindən birini yaşayan “Neftçi”yə 3 dəfə məğlub olması onların çempionluq yolundan uzaqlaşmasına gətirib çıxardı. Amma bir mövsümdə 4 dəfə rəhbər dəyişən bakılıların indiki nəticəsini də uğur kimi qələmə vermək olar.
 
Sonda “Qarabağ”, “Qəbələ” və “İnter”in cari mövsümdə rəqiblərindən neçə xal aldığını göstərən cədvəli təqdim edirik. Nəticədən də göründüyü kimi, “Qəbələ” digər rəqiblərindən fərqli, heç bir komandadan ikirəqəmli xal almayıb.
 
"Qarabağ" – 52 xal
– AZAL – 12
– Kəpəz – 10
– Zirə – 10
– Sumqayıt – 9
– Neftçi – 7
– Qəbələ – 3
– İnter – 1
 
“Qəbələ” – 48 xal
– Neftçi – 9
– Zirə – 8
– AZAL – 8
– Kəpəz – 7
– Qarabağ – 6
– İnter – 5
– Sumqayıt -5
 
“İnter” – 42 xal
– AZAL – 12
– Sumqayıt -10
– Qarabağ – 7
– Kəpəz – 5
– Zirə – 3
– Neftçi – 3
– Qəbələ – 2
 
Liderlərin öz aralarındakı oyunlarda topladığı xallar:
1. “Qəbələ” – 11
2.  “İnter” – 9
3. "Qarabağ" – 4
 
ELMAR ABDULLA-ZADƏ
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-08 00:56

ÇL-də ilk finalçı bəlli oldu

blank
Dünya futbolu2024-05-08 00:28

“Beşiktaş” finalda

blank
Dünya futbolu2024-05-07 23:19

“Çelsi”dən “Fluminense”yə

blank
Milli komanda2024-05-07 22:55

AFFA Ştefan Kuntsla danışıq aparır? – Rəsmi açıqlama

blank
Digər idman növləri2024-05-07 22:25

“Sabah”dan yarımfinalın ilk oyununda asan qələbə

blank
Digər idman növləri2024-05-07 21:37

Azərbaycan birinciliyinin qalibləri müəyyənləşdi

blank
Müsahibə2024-05-07 19:01

Letiç Baxşıyevlə razı deyil: “Oyun böyükhesablı qələbəmizlə bitməliydi”

blank
Ölkə futbolu2024-05-07 18:48

“Şahdağ Qusar”dan darmadağın

blank
Digər idman növləri2024-05-07 18:33

Çin Olimpiada zamanı müharibələrin dayandırılmasını istəyir

blank
Əvəzedicilər2024-05-07 18:16

“Qəbələ”nin əvəzedicilərindən inamlı qələbə

blank
Dünya futbolu2024-05-07 17:58

“Qarabağ”ın sabiq qapıçısı milli karyerasını başa vurdu

blank
Digər idman növləri2024-05-07 17:39

Azərbaycan gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Dünya futbolu2024-05-07 17:17

“Mançester Yunayted”dən antirekord

blank
Ölkə futbolu2024-05-07 16:55

Azərbaycan Kubokunun qalibi bəlli oldu

blank
Digər idman növləri2024-05-07 16:35

Bakı qran-prisi üçün marşalların təliminə başlanılıb

blank
Digər idman növləri2024-05-07 16:20

Bərdədə uşu-sanda yarışı

blank
Digər idman növləri2024-05-07 16:02

Məşhur idmançılar moda gecəsində

blank
Digər idman növləri2024-05-07 15:47

Fransanın Olimpiada üçün hazırladığı qoruyucu sistem PUA ilə kondisioneri səhv salır

blank
Ölkə futbolu2024-05-07 15:32

Şakir mövsüm bitən kimi “Sabah”a qayıdacaq

blank
Dünya futbolu2024-05-07 15:15

“Ayaks” son 24 ildə ilk dəfə bu aqibətlə üzləşdi

blank
Digər idman növləri2024-05-07 15:00

Bakıdakı Dünya Kubokunda növbəti medalçılar müəyyənləşdi

blank
Ölkə futbolu2024-05-07 14:42

“Qarabağ”dan 6/6, Sxadadzenin gecikən qələbəsi

blank
Digər2024-05-07 14:31

MEDİA tərəfindən yeni təlim kursu istifadəyə verildi

blank
Milli komanda2024-05-07 14:20

Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?

blank
Milli komanda2024-05-07 14:16

Millimiz İnkişaf Turnirində son oyununda da uduzdu

blank
Digər idman növləri2024-05-07 14:00

“Yarımfinal matçlarında favorit yoxdur”

blank
Dünya futbolu2024-05-07 13:45

İlkay “Barselona”da xoşbəxt deyil

blank
Digər idman növləri2024-05-07 13:31

Nyu York klubu önə keçdi

blank
Digər idman növləri2024-05-07 13:14

Las-Veqasda Formula 1-in ləğvi üçün petisiya

blank
Digər idman növləri2024-05-07 13:00

MBA-da ilin debütantı məlum oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm