Ölkə kuboku
"Qarabağ"la matça ciddi itkilərlə
Bu gün Azərbaycan Kubokunun 1/4 finalında “Neftçi&…
Bu gün Azərbaycan Kubokunun 1/4 finalında “Neftçi” səfərdə “Qarabağ”ın qonağı olacaq. Futbolinfo.az xəbər verir ki, bakılılar bu matça 3 itki ilə çıxacaq.
Uzun müddətdi zədədən əziyyət çəkən kapitan Ruslan Abışovla Pavel Dreksa ağdamlılarla görüşü buraxacaq. Buna baxmayaraq, Dreksanın Topaz Premyer Liqasının növbəti turunda “Kəpəz”lə görüşdə oynamaq şansı var. Bundan başqa, qışda “Qarabağ”dan “Neftçi”yə keçən Namiq Ələsgərov da tərəflər arasında olan sözləşməyə görə, bu oyunu buraxacaq.
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” qarşılaşması bu gün 19:30-da Tofiq Bəhramov adına Respubilka stadionunda start götürəcək.