Ölkə futbolu
"Neftçi" Kamran Ağayevlə 250 minə razılaşıb
"Boavişta"dan ayrılacağı dəqiqləşən Kamran Ağayev y…
"Boavişta"dan ayrılacağı dəqiqləşən Kamran Ağayev yeni mövsümdən Topaz Premer Liqasında mübarizə aparacaq. Portuqaliyadan "qaçmaq üçün" fürsət gözləyən millimizin üzvü arzusuna çatacaq.
Hələ qışda vətənə qayıtmaq arzusunu dilə gətirən qolkiper "Neftçi" ilə danışıqlar aparırdı. O zaman mətbuatın təzyiqi və futbolçunun xarici kluba göndərilməsində rol oynamış AFFA rəhbərliyinin istəyi həlledici olmuş, Kamran yaya kimi gözləməyi qərara almışdı. Amma Portuqaliyada könülsüz oynamasının nəticəsidi ki, Ağayev "Benfika" ilə matçdan sonra heç nədən dava saldı və ovaxtdan bəri heyət üzünə həsrətdi.
"Boavişta" artıq yeni qapıçıyla güclənib və Kamrana ehtiyac duymur. Mövsüm bitən kimi yolların ayrıldığı rəsmən elan olunacaq və Kamran "Neftçi"yə qovuşacaq. Boyan Baykoviç və Maksim Vaylonun çıxışından narazı olan bakılılar "çərçivə"ni Ağayevə etibar edib, rahatlaşmaq istəyir. Kamranın milli komandamızın üzvü olması legioner limiti baxımından da bakılıların işinə yarayır.
"Futbolinfo"nun əldə etdiyi məlumata görə, klubla Kamran artıq anlaşıblar. Tərəflər bu barədə açıqlama verməyə tələsməsə də, Ağayev yayda rəsmiləşəcək müqaviləyə görə illik 250 min manat qazanacaq.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı