Dünya futbolu
Erat oynadı, "Duysburq" əzmkar qələbəyə sevindi
Almaniya üçüncü Bundesliqasında 32-ci turun oyu…
Almaniya üçüncü Bundesliqasında 32-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası – "Duysburq" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Zonnenhof Qrossaşpax"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Erat bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.
Qeyd edək ki, "Duysburq" 32 turdan sonra 57 xalla 20 klub arasında 1-ci pillədə qərarlaşıb.