Premyer-liqa
Gəncədə xoşagəlməz hadisə
Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində ba?…
Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində baş tutacaq "Kəpəz" – "Neftçi" oyunundan öncə xoşagəlməz hadisə yaşanıb. Futbolinfo.az saytının Gəncəyə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, AFFA nümayəndəsi Əsgər Əmirəliyevin səhhətində problem yaranıb.
Ciddi rahatsızlıq keçirən Əsgər bəy təcili olaraq xəstəxanaya çatdırılıb. Amma həkimlərin yardımından sonra hər şey qaydasına düşüb. Əmirəliyev hazırda Gəncə şəhər stadionunda işinin başındadı. AFFA nümayəndəsi bizimlə söhbətində işə davam etməsi üçün heç bir problem olmadığını dilə gətirdi.