Müsahibə
Zaur Svanadze: "İnter"də qalmaq və işimi davam etdirmək istəyirəm"
Topaz Premyer Liqasının 25-ci turunda səfərdə “Zirə”…
Topaz Premyer Liqasının 25-ci turunda səfərdə “Zirə” ilə heç-heçə edərək (1:1) bürünc medalları təmin edən “İnter”in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, gürcü mütəxəssi öncə oyunla bağlı fikirlərini bildirib:
– Öncə komandanı təbrik edirəm. Bizə dəstək olan hamıya, çətin vəziyyətdə köməyini əsirgəməyən AFFA-ya təşəkkür edirəm. Bizim üçün böyük nailiyyətdi. Azarkeşlərimizi də təbrik edirəm. Həmişə bizim yanımızda olduqlarına görə təşəkkür edirəm. Matça yaxşı başladıq. Oyunda hesabı açsaq da, üstünlüyümüzü qoruyub saxlaya bilmədik. Nəticə bizim üçün qənaətbəxşdi.
– Bürüncü də qazandız, avrokuboklara vəsiqəni də təmin etdiz. Öz gələcəyinizlə və klubun taleyi ilə bağlı nə deyə bilərsiz?
– Konkret bir şey deyə bilmərəm. Ancaq bu komandada qalıb işimi davam etdirmək istəyirəm.
– Klubda əsasən qış fasiləsindən sonra qeyri-müəyyənlik olsa da, sonda avrokuboklara vəsiqəni və bürünc medalı qazana bildiz. Ancaq maliyyə vəziyyəti heç də pis olmayan bəzi komandalar buna nail ola bilmədi. Komandanı bu oyunlara necə motivasiya etdiz?
– Bizdə yaxşı futbolçular cəmləşmişdi. Onlar əsl peşəkar idi. Buna görə, onları motivasiya etməkdə çətinlik çəkmədim. Mövsümün ilk yarısında komandaya kömək olan, uğurlamızda pay sahibi olmuş iki oyunçu – Ruslan Abışov və Ağabala Ramazanova da təşəkkür edirəm. Onlar qışdan sonra komandadan ayrılsa da, ilk iki dövrədə qazanılan nəticələrdə böyük pay sahibi oldular.
ELMAR ABDULLA-ZADƏ
- Ölkə futbolu2024-05-14 08:00
İcraiyyə Komitəsinin gözlənilən qərarları
- Ölkə futbolu2024-05-14 14:32
“Turan Tovuz”dan gedəcək futbolçuların siyahısı dəqiqləşir
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi