Dünya futbolu
“Barselona” Turində darmadağın oldu – YENİLƏNİB
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsin?…
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verildi. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilməliydi. Lakin Dortmunddakı matç terror təhlükəsi səbəbindən təxirə salındı.
Günün yeganə matçında "Yuventus” "Barselona”nı qəbul etdi. İlk yarıda iki qol vuran turinlilər fasilədən sonra üstünlüklərini daha da möhkəmləndirdi. İndi katalonlar cavab matçında daha bir möcüzə üçün meydana çıxacaq.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsinin ilk oyunları
11 aprel
"Yuventus" (İtaliya) – "Barselona" (İspaniya) 3:0
Qollar: Dibala, 7; 22. Kyellini, 55.
"Borussiya" (Dortmund, Almaniya) – "Monako" (Fransa) oyunu təxirə salınıb.
Qeyd edək ki, mərhələnin qalan iki oyunu sabah keçiriləcək: 22:45. "Bavariya" – "Real", 22:45. "Atletiko" – "Lester".