Ölkə futbolu
Almanlarla Kotbus sınağı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi avqustd…
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi avqustdan AÇ-2019-un seçmə mərhələ oyunlarına start verəcək. Komandamızın səfər oyunlarından birinin yeri artıq müəyyənləşib.
Belə ki, Yaşar Vahabzadənin yetirmələri yer aldığı 5-ci qrupun 3-cü görüşündə Almaniyanın qonağı olacaq. Almaniya mətbuatı qarşılaşmanın oktyabrın 6-da Kotbus şəhərində keçiriləcəyini yazıb. Bundestim bundan bir ay əvvəl Kosovonu isə Osnabrükdə sınağa çəkəcək.
Qeyd edək ki, millimiz Almaniya ilə görüşə qədər avqustun 31-də İsrailə qonaq olacaq, sentyabrın 5-də isə İrlandiyanı qəbul edəcək.