Ölkə futbolu
Bartra evə buraxıldı
Çempionlar Liqasının 1/4 final mərhələsi çər&ccedi…
Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində baş tutmalı olan “Borussiya” – “Monako” oyunundan öncə matçın keriləcəyi Dortmund şəhərində partlayış meydana gəlməsi barədə məlumat vermişdik. Partlayış “Borussiya”nın avtobusunun yaxınlığında baş vermiş, hadisə nəticəsində yüngül xəsarət alan Dortmund təmsilçisinin müdafiəçisi Mark Bartra xəstəxanaya yerləşdirilmişdi.
İlkin müayinədən sonra vəziyyəti yaxşı olan ispan müdafiəçi evə buraxılıb. Bu barədə məlumatı “Marka” yayıb.
Dünən keçirilməli olan “Borussiya” – “Monako” oyunu bu gün saat 20:45-də başlayacaq.