Ölkə futbolu
İngilislər Madridi qarışdırıb, həbs olundular
Çempionlar Liqasının 1/4 final mərhələsinin “Atletik…
Çempionlar Liqasının 1/4 final mərhələsinin “Atletiko” ilə oyunu üçün Madridə gələn “Lester” fanatları paytaxtda hadisə törədiblər. Dünən gecə Madridin Mayor meydanında toplaşan 70-ə yaxın “Lester” azarkeşi olay çıxarmağa başlayınca İspaniya polisinin müdaxiləsilə üzləşiblər.
Xəbərdarlıq edən polisə şüşə butulka ataraq cavab verən ingilis fanatların səbəb olduğu hadisədə 3-ü polis, 2-i azarkeş olmaqla, cəmi 5 nəfər xəsarət alıb. İspaniya polisi yerli mətbuata 8 azarkeşin həbs edildiyini açıqlayıb. Oyunu isə 3 minə yaxın ingilis azarkeş izləyəcək.