Ölkə futbolu
Zidan hələ də ehtiyatlanır
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda s…
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Bavariya”ya qalib gələn (2:1) “Real”ın baş məşqçisi Zinəddin Zidan oyunla bağı fikirlərini bildirib. O, hələ heç nəyin həll edilmədiyini deyib:
“Bu cür oyunlarda ilk matçdan sonra nə isə demək düzgün deyil. Bu gün yaxşı oynadıq, hətta 1-2 qol artıq da vura bilərdik. Ancaq komandamın oyunundan tam razıyam. İlk hissədən sonra hesabı xeyrimizə dəyişmək üçün əlimizdən gələni etdik. Birinci hissədə hesab 2:0 olsaydı, hər şey başqa cür cərəyan edə bilərdi. Lakin biz xarakter nümayiş etdirdik və ikinci hissənin əvvəllərində hesabı bərabərləşdirməyi bacardıq. Düzdü, 10 nəfərə qarşı oynamaq 11 nəfərdən daha rahatdı. Lakin nəzərə alın ki, oyunda bir çox epizodda Manuel Noyer komandasına kömək etdi. Burda oynamaq çox çətindi. “Bavariya” yaxşı oyunçulara sahibdi. Hər şeyə 1 həftə sonra aydınlıq gələcək. Qaret Beyl ilk hissədən sonra özünü yaxşı hiss etmədiyini dedi. Risq etmək istəmədim və onu Marko Asensio ilə əvəz etdim. Bu gün Asensionun da oyunundan razı qaldım”.