Ölkə futbolu
“Qarabağ” yenə də “ən yaxşı”mızdı
UEFA-nın klub reytinqi açıqlanıb. Futbolinfo.az saytının m…
UEFA-nın klub reytinqi açıqlanıb. Futbolinfo.az saytının məlumatına görə, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarından sonra bəzi komandaların xal hesabında dəyişikliklər olub.
İspaniya, Fransa və İtaliya klubları qələbələr sayəsində vəziyyətini yaxşılaşdırıb. Busəbəbdən 453 klubun yer aldığı cədvələ yenə “Real”ı başçılıq edir. Dünən madridlilərə 1:2 hesabı ilə uduzan “Bavariya” ikincidi. İspaniyanın digər iki təmsilçisi “Barselona” və “Atletiko” ilk “dördlük”də qərarlaşıb.
İlk “onluq”da 6 ölkə təmsil olunub. Burada İspaniyanın 4, Almaniyanın 2, İtaliya, İngiltərə, Fransa və Portuqaliyanın hərəsinin 1 klubu yer alıb.
1. “Real” (İspaniya) – 168,485
2. “Bavariya” (Almaniya) – 154,842
3. “Barselona” (İspaniya) – 150,485
4. “Atletiko” (İspaniya) – 138,485
5. “Yuventus” (İtaliya) – 133,433
6. PSJ (Fransa) – 126,066
7. “Borussiya” (D, Almaniya) – 124,842
8. “Sevilya” (İspaniya) – 112,485
9. “Benfika” (Portuqaliya) – 111,866
10. “Çelsi” (İngiltərə) – 105,878
Azərbaycan cədvəldə 7 komanda ilə təmsil edilib. Ən yaxşı klubumuz “Qarabağ” 106-cı yerdədi. “Neftçi” (162) və “Qəbələ” (185) də ikinci “yüzlük”dədi.
106. “Qarabağ” – 18,050
162. “Neftçi” – 9,800
185. “Qəbələ” – 7,800
229. “İnter” – 6,050
277. “Xəzər Lənkəran” – 4,550
299. “Kəpəz” – 4,050
307. “Bakı” – 3,800