Dünya futbolu
Budaq Nəsirov oynamadı, "Sportinq" qalib gəldi
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 36-cı …
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 36-cı turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası – "Sportinq B" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Unian Madeyra" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Nəsirovun adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Sportinq"in ikinci komandası hazırda 50 xalla 22 komanda arasında 13-cü pillədə qərarlaşıb.