Premyer-liqa
Vaqif Cavadov: "Sonuncu pillədə olan komandada qalmayacağam"
“Mən heç nə deyə bilmərəm. Zəif oynadıq və uduzdu…
“Mən heç nə deyə bilmərəm. Zəif oynadıq və uduzduq”. Futbolinfo.az xəbər verir ki, bu sözlər AZAL-ın futbolçusu Vaqif Cavadova məxsusdu.
“Təyyarəçilər” Topaz Premyer Liqasının 26-cı turunda səfərdə “Netfçi”yə böyük hesabla məğlub oldu – 0:4. Oyundan sonra açıqlama verən Cavadov fikirlərini bildirib. O, çox zəif oynadıqlarını deyib:
“İnandırım sizi, heç nə danışa bilmirəm. Əsəbiyəm. Çox zəif oynadıq. İnanmıram ki, bir daha belə bərbad futbol oynayaq”.
Cavadov bütün qolları eyni səhvdən buraxdıqlarını vurğulayıb: “Öz səhvlərimizə görə uduzduq. Bütün qolları eyni səhvin ucbatından buraxdıq”.
Cavadov gələcək planlarından da söz açıb: “Mövsümün sonuna 2 oyun qalıb. İnşallah, mövsümün sonunda hər şeyə aydınlıq gələcək. Əlbəttə, sonuncu pillədə olan komandada olmayacam”.
ELMAR ABDULLA-ZADƏ
- I Liqa2024-05-17 08:00
“Şamaxı”… Qayıdır axı…
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Müsahibə2024-05-16 14:00
“Niderlandda gördüklərimizi həm akademiyamızda, həm də əsas komandamızda tətbiq etməyə çalışacağıq”