Bizi izləyin

Premyer-liqa

Topaz Premyer Liqasının medalçıları meydanda

Bu gün Topaz Premyer Liqasında 26-cı tura yekun vurulacaq. Futb…

blank

Bu gün Topaz Premyer Liqasında 26-cı tura yekun vurulacaq. Futbolinfo.az xəbər verir ki, son oyun günündə də iki görüş baş tutacaq.

Öncə çempionluq uğrunda mübarizə aparan “Qəbələ” səfərdə “Kəpəz”lə üz-üzə gələcək. Günün digər matçında isə lider "Qarabağ" üçüncü pillədə qərarlaşmış "İnter"lə qarşılaşacaq.

Topaz Premyer Liqası
26-cı tur

15 aprel

“Kəpəz” – “Qəbələ”
blankblank
Hakimlər
: Ömər Paşayev, Nahid Əliyev, Vaqif Musayev, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Arif Fərəcov.
Hakim inspektor: Rövşən Əhmədov.
Gəncə şəhər stadionu, 16:00.

Ötən tur əsas rəqibi "Qarabağ"la heç-heçəyə razılaşmaqla çempionluq şanslarını daha da azaldan "Qəbələ" üçün "Kəpəz"lə səfər matçı böyük önəm daşıyır. Roman Qriqorçukun çalışdırdığı komanda çempionluğa olan nəzəri şanslarını qorumaq üçün mütləq qalib gəlməlidi. Çünki mümkün məğlubiyyət “qırmızı-qaralar”ın qızıl arzularının üstündən tam xətt çəkmiş olacaq. Amma təbii ki, bunun üçün digər oyunda da “Qarabağ”ın qalib gəlməsi lazımdı. Ağdamlıların qələbəsi turu xalsız başa vuran “Qəbələ”nin qızıldan əl çəkməsi, Qurban Qurbanovun yetirmələrinin ardıcıl 4-cü çempionluğu üçün yetərli olacaq. Gəncədəki görüş həm də meydan sahiblərinin avrokubok mübarizəsi baxımından önəmlidi. Belə ki, “Kəpəz” qalib gəlməsə, Şahin Diniyevin komandasının ardıcıl ikinci mövsüm Avropaya yollanmayacağı dəqiqləşəcək. Bunun üçün həm də Sumqayıtda tərəflərdən birinin qalib gəlməsi lazımdı.

“Kəpəz”lə “Qəbələ” tarixində 16-cı dəfə üz-üzə gələcək. Əvvəlki oyunların 4-də Gəncə, 6-da isə Qəbələ təmsilçisi 3 xala sevinib. Beş oyunda da heç-heçə qeydə alınıb. Top fərqində də "Qəbələ"nin cüzi üstünlüyü var. Ümumilikdə, “Qəbələ” ardıcıl 4 matçda uduzmayıb. “Kəpəz” 8 ev oyununda yalnız 1 dəfə uduzub.

Cari mövsümdə baş tutan oyunlara gəlincə, "Qəbələ" ilk dövrədə "Dalğa Arena"da baş tutan "ev oyununda" 2 cavabsız qolla qalib gəlmişdi. Gəncə təmsilçisini Tellur Mütəllimovla Baqali Dabo məyus etmişdi. İkinci dövrədə "Qəbələ" bu rəqibini doğma şəhərdə qəbul etmiş və yenə 3 xala sevinmişdi. Qəbələdəki həmin oyuna hakim qərarları xüsusi damğa vurmuşdu. Belə ki, oyundakı bütün qollar penaltidən vurulmuşdu. Filip Ozobiçin 23-cü dəqiqədə hesabı açdığı oyunun 77-ci dəqiqəsində gəncəlilər Tural Axundovla bərabərlik qolunu vurmuşdular. Amma 82-ci dəqiqədə penaltiyə səbəb olan Renan da Silvanın meydandan qovulması azmış kimi, Ruslan Qurbanov da oyundakı üçüncü penaltini dəqiq yerinə yetirməklə oyundakı yekun nəticəni müəyyənləşdirmişdi – 2:1. Nəhayət, Gəncədə baş tutan son oyunda "Kəpəz" bu rəqibindən xal ala bilmişdi. Şəhriyar Rəhimovun ilk yarıda hesabı açdığı görüşün ikinci hissəsində Renan Silva öz qapısına qol vurmaqla "Qəbələ"yə 1 xal qazandırmışdı.

Statistika: 15 oyun, +4=5-6, top fərqi 12-15

1-ci dövrə: 0:2
2-ci dövrə: 1:2
3-cü dövrə: 1:1

“İnter” – “Qarabağ”
blankblank
Hakimlər
: Rəhim Həsənov, Namiq Hüseynov, İsgəndər Əliyev, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Hakim inspektor: Kərim Ağayev.
Bakı. “İnter Arena”, 18:30.

Nəhayət, turun qapanış və mərkəzi oyununda "İnter" öz meydanında lider "Qarabağ"ı qəbul edəcək. Qızıl medal şansını itirən bakılılar cari mövsüm uduzmadığı rəqibini növbəti dəfə büdrətmək istəyindədi. “İnter” qələbə qazansa, gümüş medal şansını da saxlayacaq. Zaur Svanadzenin çalışdırdığı komanda heç-heçə etsə, “Qəbələ” qalib gəlsə və ya bakılılar uduzsa, “qırmızı-qaralar” xal qazansa, o zaman “İnter”in gümüş istəyi suya düşəcək. Belə olan halda bu komandanın mövsümü bürünc medalın sahibi kimi başa vuracağı rəsmiləşəcək. "Qarabağ" isə əsas izləyicisi ilə 4 xallıq fərqi qorumaq üçün qalib gəlməlidi. Səfərə 3 xal üçün yollanacaq Qurbanovun yetirmələri Gəncədəki matçın nəticəsini bildiyindən meydana daha rahat çıxacaq. Qərbdəki qarşılaşmada “Qəbələ”nin uduzması “İnter Arena”dakı görüşə qızıl əhəmiyyəti verəcək. Çünki qazanılacaq 3 xal “Qarabağ”ı qızıl medallara və Çempionlar Liqasına daşıyacaq. Digər hallarda isə çempionluq intriqası ən azı növbəti turadək davam edəcək.

İndiyə qədər 50 dəfə qarşılaşmış bu komandaların duellərində daha çox (21 dəfə) "Qarabağ" qələbəni bayram edib. 12 dəfə oxşar uğura "İnter" sevinib. 17 qarşılaşmada isə qalib müəyyənləşməyib. Top fərqində də Ağdam təmsilçisinin ciddi üstünlüyü var. “İnter” 3 oyundur bu rəqibinə uduzmur. “Qarabağ” son 4 səfərdə qol vurub.

Cari mövsümdəki oyunlara gəlincə, ilk dövrədə "Qarabağ" Reynaldo Silvanın erkən qolu ilə meydan sahiblərini məyus etsə də, bunun davamın gətirə bilməmişdi. Əksinə, 70 və 75-ci dəqiqələrdə Ruslan Abışovun dublu "İnter"ə əzmkar qələbə qazandırmışdı. İkinci dövrədə "Azərsun Arena"da keçirilən qarşılaşmada qapılara qol vurulmamışdı. Son dövrədə yenə "Azərsun Arena"da baş tutan görüşdə Zurab Xizanişvilinin vurduğu yeganə qol qonaq komandaya minimal hesablı qələbə qazandırmışdı.

Statistika: 50 oyun, +12=17-21, top fərqi 32-54

1-ci dövrə: 2:1
2-ci dövrə: 0:0
3-cü dövrə: 1:0

Reklam

Reklam


blank
Digər idman növləri2024-05-20 17:37

Azərbaycanın kata üzrə komandalarında yeni baş məşqçi

blank
Digər idman növləri2024-05-20 17:20

Azərbaycan gimnastlarından Dünya Kubokunda 2 medal

blank
Digər idman növləri2024-05-20 17:05

Cokoviç Belqrad derbisində

blank
Digər idman növləri2024-05-20 17:00

“Ferrari” rəhbəri qələbə perspektivinə inanır

blank
Digər idman növləri2024-05-20 16:48

İlin ən yaxşı oyunçusu Olimpiadada iştirakından əmin deyil

blank
Digər idman növləri2024-05-20 16:31

Məşhur basketbolçu qaçarkən sərhəddə yaxalandı

blank
Dünya futbolu2024-05-20 16:30

“Bayern” italiyalılardan imtina edib

blank
Ölkə futbolu2024-05-20 16:14

“Sabah”ın daha bir komandası çempion oldu – VİDEO

blank
Dünya futbolu2024-05-20 16:00

Mukiele və Soler satılacaq

blank
Dünya futbolu2024-05-20 15:45

Foden “Mançester Siti”nin tarixinə düşdü

blank
Digər idman növləri2024-05-20 15:30

Azərbaycan yığması yarımfinalda məğlub oldu

blank
Digər idman növləri2024-05-20 15:16

“Növbəti hədəfim Parisdəki paralimpiadadır”

blank
Digər idman növləri2024-05-20 15:00

AFFA U-17 Qızlar Liqasının qalibləri mükafatlandırıldılar

blank
Digər idman növləri2024-05-20 14:49

Bürünc mükafatçı müəyyənləşdi

blank
Ölkə futbolu2024-05-20 14:38

Şansı qaçırmayan “Neftçi”, “Zirə”nin qələbəsində Rəhimin “əli”

blank
Digər idman növləri2024-05-20 14:31

Azərbaycan cüdoçuları İspaniyada 6 medal qazanıblar

blank
Ölkə futbolu2024-05-20 14:17

II Liqada 26-cı turun təyinatları açıqlandı

blank
Digər idman növləri2024-05-20 14:00

Azərbaycanın daha bir paraatleti dünya çempionu oldu

blank
Digər idman növləri2024-05-20 13:45

Azərbaycan voleybolçusu Qızıl Avropa Liqasındakı oyunları dəyərləndirdi

blank
Digər idman növləri2024-05-20 13:31

Azərbaycan karateçiləri AÇ-də üç medal qazandılar

blank
Digər idman növləri2024-05-20 13:14

Azərbaycan boksçularından Qazaxıstanda 2 medal

blank
Digər idman növləri2024-05-20 12:59

Karlsen Mərakeşdə çempion oldu

blank
Digər idman növləri2024-05-20 12:41

“Mövsümün ən pis oyununu sərgilədik”

blank
Premyer-liqa2024-05-20 12:26

Səfərdə 50-ci darmadağın

blank
Digər idman növləri2024-05-20 12:11

Roma çempionu reytinqdə irəlilədi

blank
Premyer-liqa2024-05-20 11:54

Son 27 ilin rekordu

blank
Digər idman növləri2024-05-20 11:37

MBA-da finalçılar məlum oldu

blank
Digər idman növləri2024-05-20 11:19

Azərbaycanın daha dörd cüdoçusu DÇ-də mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-20 11:00

Azərbaycan və Ukrayna Voleybol Federasiyaları arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-05-20 10:41

“Qələbənin açarı müdafiədədir”

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm