Dünya futbolu
Eddi İsrafilov oynamadı, "Kadis" yenə xal itirdi
Futbol üzrə İspaniya ikinci liqasında 34-cü turun oyunlar…
Futbol üzrə İspaniya ikinci liqasında 34-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – "Kadis" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Hueska" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 1:1.
Eddi bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
"Kadis" 34 turdan sonra 53 xalla 22 klub arasında 4-cü pillədə qərarlaşıb.