Dünya futbolu
Millimizin üzvünə ehtiyac duyulmadı
Almaniyanın Gənclər Liqasının cənub-qərb zonası üzrə bir…
Almaniyanın Gənclər Liqasının cənub-qərb zonası üzrə birincilikdə 24-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Renat Dadaşovlu “Ayntraxt”ın U-19 komandası da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Mayns"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Dadaşovun adı bu qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.
Hazırda futbolçumuzun komandası 30 xalla 14 klub arasında 10-cu pillədə qərarlaşıb.