Premyer-liqa
Qurban Qurbanov: "İkinci hissədə daha yaxşı oynadıq"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərba…
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Komandamı təbrik edirəm. Çempionluq həll olunsa da, futbolçular sona qədər oynadılar. Xüsusən də, ikinci hissədə özlərini ələ alıb, daha yaxşı oynadılar. “Sumqayıt” çox yaxşı komandadı. Samir Abasov əlində olan heyətdə hər bir komandaya qarşı layiqli oyun göstərdi. Nəticələri də pis deyil. Azarkeşlərimizi, rəhbərliyimizi təbrik edirəm”.