Ölkə futbolu
Bakı "İnter"i federasiya prezidentinə tapşırıldı
“İnter”in Müşahidə Şurasının sədri vəzifəsin…
“İnter”in Müşahidə Şurasının sədri vəzifəsinə yeni təyinat gerçəkləşib. Futbolinfo.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan Beynəlxalq Bankı ilə AFFA arasında bağlanmış müqaviləyə uyğun olaraq idarəçiliyi assosiasiyaya verilmiş “İnter” Peşəkar İdman Klubunun Müşahidə Şurasının sədri vəzifəsinə AFFA-nın İcraiyyə Komitəsinin üzvü Zaur Axundov təyin edilib.
Qeyd edək ki, Axundov həm də Azərbaycan Futzal Federasiyasının prezidentidi.
AFFA tərəfindən “İnter”ə səlahiyyətli nümayəndə təyin edilən Rəmiş Malıyev isə bundan sonra icraçı direktor vəzifəsini icra edəcək.