Milli komanda
Yığmamız son oyunda da məğlub oldu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Mont…
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində çıxışını başa vurub. Futbolinfo.az xəbər verir ki, Qazaxıstan yığmasına qarşı keçirilmiş son oyun 1:1 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib.
11 metrlik zərbələri daha sərrast yerinə yetirən qazaxıstanlı futbolçular 4:3 hesabı ilə qələbə qazanıb.
Xatırladaq ki, yığmamız turnirin ilk oyununda Bosniya və Herseqovina, ikinci qarşılaşmda isə Monteneqro komandasına 0:3 hesabı ilə məğlub olmuşdu.