Ölkə futbolu
Naxçıvan kubokunun təqdimatı keçiriləcək
Bu gün Naxçıvan kubokunun təqdimatı keçiriləcə…
Bu gün Naxçıvan kubokunun təqdimatı keçiriləcək. Futbolinfo.az xəbər verir ki, tədbir Naxçıvanın “Duzdağ” otelində keçiriləcək.
Ayın sonunda baş tutacaq turnirdə minimum 8 komandanın iştirak etməsi planlaşdırılır. Turnirdə Türkiyədən də komandaların olacağı gözlənilir.
Yarışın qalibinə tərkibində 200 qram qızıl olan kubok təqdim ediləcək. Kubok bu gün keçiriləcək tədbirdə təqdim ediləcək.
Xatırladaq ki, bu il təşkil ediləcək turnir sayca ikincidi. Ötən il baş tutan ilk yarışın qalibi hazırda mövcud olmayan “Neftçala” komandası olmuşdu.