Milli komanda
Millimiz İslamiadaya heç-heçə ilə başladı
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarına …
Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarına start verilib. Futbolinfo.az xəbər verir ki, rəsmi açılış mərasimi mayın 12-də olacaq Oyunlarda U-23 millimiz ilk görüşünü Kamerunlu həmyaşıdlarına qarşı keçirib.
"Bayıl Arena"da baş tutan görüşdə hesab açılmayıb. Nəticədə, millimiz ilk oyunu 1 xalla başa vurub.
Günə isə yığmamızın yer aldığı qrupun digər görüşü ilə start verilib. Səudiyyə Ərəbistanı komandası Mərakeşlə üz-üzə gəlib. Mərakeşlilər minimal hesablı qələbəyə seviniblər.
Bu gün həmçinin, B qrupunda da ilk turun qarşılaşmaları baş tutub. Əvvəlcə Əlcəzairlə Türkiyə münasibətlərini aydınlaşdırıblar. Üç qolun vurulduğu oyunda türklər məğlubiyyətlə üzləşiblər. Daha sonra isə Fələstin Omana oxşar hesabla qalib gəlib.
İslam Həmrəylik Oyunları
Futbol
8 may
A qrupu
Səudiyyə Ərəbistanı – Mərakeş – 0:1
Qol: Çuaib Əl-Maftul, 76.
Bakı. "AZAL Arena".
Azərbaycan – Kamerun – 0:0
Bakı. "Bayıl Arena".
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 9. Ağabala Ramazanov, 11. Mahir Mədətov, 15. Ruslan Abışov (k), 17. Mirabdulla Abbasov, 19. Məqsəd İsayev, 20. Azər Salahlı, 21. Vüqar Mustafayev.
Ehtiyat oyunşular: 3. Azad Kərimov, 4. Adil Nağıyev, 7. Coşqun Diniyev, 8. Elşən Abdullayev, 10. Orxan Əliyev, 12. Tərlan Əhmədli, 13. Elnur Cəfərov, 14. Yusif Nəbiyev, 16. Elvin Camalov, 18. Tellur Mütəllimov, 22. Emil Balayev, 23. Fəhmin Muradbəyli.
Baş məşqçi: Yaşar Vahabzadə.
Kamerun: 3. Bagnack Mouegni (k), 4. Başak Tomas Etta, 6. Kunde Malong Pierre, 9. Mbiobe Mouegni Michel Vaillant, 10. Pangop Tchidjui Frantz, 11. Serge Andoulo, 13. Otia Paul Alan, 14. Abanda Koa Jean Nicolas, 16. Omossola Medjo Simon Loti, 17. Alima Atangana Eric Bertrand, 20. Ekollo Malolo Serges Yvan.
Ehtiyat oyunçular: 1. Dante Junior, 2. Moundi Alim Mohaze, 5. Dava Tchakonte, 7. Gueyap Dji Jahfort, 8. Tientcheu Frank Eric, 12. Nlend Samuel, 15. Mbaissidara Mbaizo Olivier, 18. Moussinga P, 19. Nkolo Ossingane Denis Yvan, 21. Kamy Ntankeu Yves Daniel, 22. Ngongang Nana Jeff, 23. Kaou Fabril.
Baş məşqçi: Towa Richard.
B qrupu
Əlcəzair – Türkiyə – 2:1
Qollar: Fared Əl-Məlali, 78; Ahmed Qaqaa, 90+4-pen. – Onur Eriş, 38.
Bakı. "Bayıl Arena".
Fələstin – Oman – 2:1
Qollar: Odal Əl-Dabbaq, 5, 54 – Marvan Taib Mübarək, 48.
Bakı. "AZAL Arena".
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə