Bizi izləyin

Ölkə futbolu

Serjinyo: "Gəncədə gördüyüm Novruz bayramını həmişə xatırlayacam"

"Kəpəz"in klub saytının “Tam sərbəst” adl?…

blank

"Kəpəz"in klub saytının “Tam sərbəst” adlı rubrikasının növbəti qonağı Serjinyo olub. Futbolinfo.az xəbər verir ki, portuqaliyalı rubrikanın ilk əcnəbi qonağıdı. 

Oxucular bu dəfə Serjinyonun futboldan kənar fikirləri ilə tanış olmaq imkanı əldə edəcək. 

Beləliklə, legioneri dinləyək:

Yaşamaq gözəldir
 
Dünyamız gözəldir. Həyatdan, Tanrının bizə bəxş etdiyi nemətlərdan ilham alan birisiyəm. Yaşamaq gözəldir, həyatımıza xoşbəxtlik qatan çox şey var. Həyatı düzgün dəyərləndirməli, əməlimiz ilə öyünməliyik. Yüksək mənəvi dəyərlərə qiymət verirəm, həmişə onlara sadiq qalmağa çalışıram. Düzdü, hərdən hər şey bizim istədiyimiz kimi getmir. Buna baxmayaraq, həyatımızı daha da gözəl etmək üçün hər günümüzü mükəmməl keçirməyə çalışmalıyıq. Mənim ilham mənbəyim həmişə valideynlərim olub. Onlar mənim yaxşı həyata malik olmağım üçün çox çalışıblar. Yaşayıb yaratmaq üçün düzgün istiqamətə yönəldiblər. Mənə və bacıma həm maddi, həm də mənəvi tərəfdən dəstək olmaq üçün çox şeyləri qurban veriblər. Ona görə də onlara baxanda qürur hissi keçirirəm və yaxşı həyat üçün mübarizə aparmaq gücünə sahib oluram.
 
Ah qadınlar, qadınlar
 
Hər bir güclü kişinin arxasında güclü qadın dayanır. Bu, doğru məsəldir. Həyatımda 3 qadın var və onlar mənim üçün çox önəmli yer tuturlar. Söhbət anam, bacım və həyat yoldaşımdan gedir. Onların hər biri ayrı-ayrılıqda mənə görə çox dəyərli, qiymətlidirlər. Həyatımda necə vacib insan olduqlarını yaxşı bilirlər, bunu nəinki dəfələrlə onlara söyləmişəm, hərəkətlərimdə belə hiss etdirmişəm. Bu xanımlar mənim gücüm, dəstəyim və hər şeydə sağ əlimdirlər. Bir dəfə demişdim, yenə deyirəm – kişiləri qadınlarsız təsəvvür etmək belə çətindir (gülür). Bu, tək mənim sözüm deyil. Yəqin ki, hamı belə fikirləşir. İndi anam və bacımdan ayrı yaşasam da, həyat yoldaşım daim yanımdadır. Odur ki, o, yaxşı və pis anlarımda həmişə dayağım olub. Bu gün bu səviyyəyə də çatmağımda onun əməyi böyükdür. Bunu dana bilmərəm.
 
Musiqi ruhun qidasıdır
 
Musiqini çox sevirəm, bəlkə də musiqisiz insan həyatını təsəvvür etmək olmaz. Portuqaliya fadu deyilən musiqi janrının vətənidir. Bu, lirik və qəmgin notlar üzərində qurulan musiqilərdir. Dünyada çox tanınıb, ancaq bizim digər janrda musiqilərimiz də var. Sözün düzü, belə mahnıları dinləmirəm,  xoşum gəlmir (gülür). Həmişə musiqi alətlərindən pianino və gitaranı sevmişəm, ifa etməyə səy göstərmişəm. Ancaq heç vaxt onları öyrənməyə vaxtım olmayıb. Daha çox gitarada ifa etməyə cəhd etmişəm. Lakin nəticə yaxşı olmadığı üçün bir daha gitaranı əlimə almadım (gülümsəyir).
 
Çox gəzən, çox bilər
 

İstirahət, əyləncə üçün çox səyahət etməmişəm, yalnız həyat yoldaşımla Dominikan Respublikasına istirahət üçün yollanmışam. Digər səyahətlər isə əsasən futbolla bağlı olub. Kolumbiya, Panama, Fransa və İspaniyada olmuşam. Ancaq ümid edirəm ki, gələcəkdə daha çox səyahət edəcəm və digər ölkələrlə də tanış olmaq imkanı qazanacağam. Mənim tətilim əsasən dostlarımın yaşadığı şəhərlərdə keçir. Bir qrup əla dostlarım var. Biz həmişə birlikdəyik və onlarla birgə bir çox maraqlı ekskursiyalar edirik. İstirahətdə futbol və kart oynayırıq, bir süfrə arxasında nahar edirik, bir qədəh şərab içirik, çimərliyə gedirik və üzürük. Hobbim yoxdur, həyatı necə istəyirəm elə də yaşayıram. Əlbəttə ki, hər ziyarət etdiyim ölkədən suvenir alıram ki, gələcəkdə övladlarıma nəsə göstərə bilim.
 
Azərbaycan – Odlar yurdu

 
Azərbaycandakı bu macəranı sevdim. Bu ölkə məni valeh etdi, əsasən də Bakı. Çoxlu tıxacların olmasına baxmayaraq, bu şəhər çox gözəldir. Bakının çoxlu görməli yerləri var. Ən sevdiyim yerlər isə bağlar və dənizkənarı parkdır. Orada gəzməyi çox xoşlayıram. Təəssüflər olsun ki, Gəncəyə yalnız oyundan oyuna gəldiyimiz üçün şəhər haqqında təsəvvürüm azdır. Gəncənin tarixi şəhər olduğu haqda az-çox eşitmişəm. Yeməklərə gəldikdə, düzünü desəm, çox da Azərbaycanın milli təamlarından dadmamışam. Yalnız qonaqlıqlarda və ya bəzi matçlardan sonra yemişəm. Digər günlər isə evdə əsasən öz yeməklərimizdən bişirib yemişəm. Portuqaliya mədəniyyəti Azərbaycan mədəniyyətindən tamamilə fərqlidir. Bizim də Novruza müəyyən mənada bənzər adətimiz var, ancaq biz bunu başqa tərzdə keçiririk. Açığı deyim, Gəncədə gördüyüm Novruz bayramı çox maraqlı idi və həmişə bunu xatırlayacam.
 
Sirli dünya – Portuqaliya
 
Portuqaliya planetimizdə çox fərqli bir ölkə statusunu daşıyır və məncə, hamı üçün də maraqlı bir ölkədir. Portuqaliya çox sakit bir yerdir, burada  yaşayan insanlar əməksevərlərdir, zəhmətə alışqandırlar. Ölkəmizin çoxlu gözəl kurort şəhərləri və möhtəşəm çimərlikləri var. Şübhəsiz ki, Portuqaliya dünya futbolunda Eysebio və Fiqo kimi məhşur oyunçuları ilə tanınır, hazırda vətənimiz Kriştiano Ronaldoya görə daha çox məşhurdur. Ancaq əmin olun ki, tək bununla tanınmırıq. Digər ölkələr bizi həm də dadlı təamlarımıza görə də tanıyır. Portuqaliya zəngin mətbəx mədəniyyəti ilə çox məhşurdur. Bizim dinlə bağlı bayramlarımız da var.

Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-16 12:27

Rəhbərsiz “Neftci”: qeyri-müəyyənlik davam edir

blank
Digər idman növləri2024-04-16 12:09

Nadal 680 gündən sonra yenidən kortda

blank
Digər idman növləri2024-04-16 11:55

Kanadalı hokkeyçi 21-ci əsrdə ilkə imza atdı

blank
Dünya futbolu2024-04-16 11:40

Zidan Riberi ilə birlikdə qayıdır

blank
Digər idman növləri2024-04-16 11:25

MBA-da rekord nəticə

blank
Digər idman növləri2024-04-16 11:10

ABŞ millisinin heyəti elan edildi

blank
Dünya futbolu2024-04-16 10:55

Ronaldo cəzalanacaq

blank
Digər idman növləri2024-04-16 10:38

İddiaçılar Turniri: Abasov yenə uduzdu

blank
Dünya futbolu2024-04-16 10:19

Çempionlar Liqasında ilk yarımfinalçılar müəyyənləşir

blank
Digər2024-04-16 10:00

MİSLİ ilə qazan!

blank
I Liqa2024-04-16 09:45

“Mingəçevir” növbəti oyuna hazırlaşır – VİDEO

blank
Digər idman növləri2024-04-16 09:27

“Göyçay kuboku”nu sumqayıtlılar qazandı

blank
Ölkə futbolu2024-04-16 09:10

Lunyov “Qarabağ”dan ayrıla bilər

blank
Digər idman növləri2024-04-16 08:51

Atası Mariyanın yığmamızda çıxış etməsini istəyirmiş

blank
Ölkə futbolu2024-04-16 08:34

“Zirə” – Avropada 8-ci komanda

blank
Dünya futbolu2024-04-16 08:17

Hüseynovlu “Arda” “Ludoqorets”lə bacarmadı

blank
Müsahibə2024-04-16 08:00

Atanqana döyülməsini təkzib edir: “Komanda yoldaşlarımla aramızda heç bir problem yaşanmayıb”

blank
Dünya futbolu2024-04-16 01:35

“Valensiya”ya bir qol bəs etdi

blank
Dünya futbolu2024-04-16 01:16

“Çelsi”dən 6 cavabsız qol

blank
Dünya futbolu2024-04-16 00:51

Son gündə iki heç-heçə

blank
Dünya futbolu2024-04-15 23:44

“Qalatasaray”dan darmadağın

blank
Müsahibə2024-04-15 22:35

Tellur çempiona qol vurmaqdan məmnundur: “Amma əsas qələbədir”

blank
Dünya futbolu2024-04-15 22:20

Musiala üçün 140 milyon avro

blank
Digər idman növləri2024-04-15 21:37

“Azərreyl”dən birinci oyunda qələbə

blank
Ölkə futbolu2024-04-15 20:58

“Sabah”ın “Qarabağ” üzərində qələbəsi Xorvatiya mediasının gündəmində

blank
Dünya futbolu2024-04-15 20:00

Asensio yenidən Madriddə?

blank
Ölkə futbolu2024-04-15 19:32

Liderdən darmadağın

blank
Digər idman növləri2024-04-15 19:16

Qəzaya uğradı, səhvən başqasının motosiklinə mindi

blank
Digər idman növləri2024-04-15 19:01

Azərbaycanın altı idman gimnastı Dünya Kubokunda iştirak edəcək

blank
Ölkə futbolu2024-04-15 18:47

Son gündə iki heç-heçə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm