Dünya futbolu
"Futbolçular psixoloji cəhətdən sarsıntı keçiriblər"
Cari mövsümdə uğursuzluq zolağından çıxa bilməy…
Cari mövsümdə uğursuzluq zolağından çıxa bilməyən Türkiyə Super Liqa təmsilçisi “Bursaspor”un baş məşqçisi Adnan Örnek “Beşiktaş”a qarşı oyundan öncə jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, komandaya müvəqqəti rəhbərlik edən mütəxəssis son 3 oyunda 16 qol buraxan komandada futbolçuların psixoloji vəziyyətinin qaydasında olmadığını deyib:
“Son turlarda yalnız qələbə üçün meydana çıxacağıq. Futbolçuların psixoloji durumu da artıq pozulub. Bu cür hal ilk dəfədirki, komandanın başına gəlir. Futbolçular psixoloji cəhətdən sarsıntı keçiriblər. Biz bu vəziyyətdən çıxmalıyıq. Futbolçuların bu vəziyyətdən çıxması üçün əlimizdən gələni edəcəyik”.
Xatırladaq ki, millimizin hücumçusu Dəniz Yılmaz da “Bursaspor”un şərəfini qoruyur. Lakin o, əsas heyətdən uzaqlaşdırılıb.