Ölkə futbolu
Xorvatiyada da çempion bəlli oldu
Dünən Xorvatiya çempionunun kimliyinə aydınlıq gəlib….
Dünən Xorvatiya çempionunun kimliyinə aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, bu “Riyeka” klubudu. Son turda evdə “Çibaliya”nı məğlub edən (4:0) komanda ilk pillədəki yerini rəsmiləşdirib.
Bununla da riyekalılar Zaqreb “Dinamo”sunu qabaqlayaraq ÇL-ə vəsiqəni təmin edib və “Qarabağ”ın potensial rəqibləri sırasına adını yazdırıb. Aktivində 15.500 xal olan “Riyeka” bu mənada zaqreblilərdən fərqli olaraq ağdamlılardan geridə qalır. Qurban Qurbanovun komandasının hazırda əmsalı 18.050-ə bərabərdi.
Polşada “Legiya”, Çexyiada isə “Viktoriya” çempion olmasa, “Qarabağ” ÇL-in 3-cü təsnifat mərhələsində səpələnmişlər qrupunda yer alacaq. Bu da təmsilçimizin sözügedən mərhələdə də reytinqcə özündən aşağı rəqiblə qarşılaşması deməkdi.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə