Ölkə futbolu
Xəbərimiz təsdiqləndi: “Qəbələ” onunla vidalaşdı
“Futbolinfo”nun daha bir xəbəri təsdiqləndi. Dün?…
“Futbolinfo”nun daha bir xəbəri təsdiqləndi. Dünən verdiyimiz xəbər bu gün təsdiqini tapdı.
"Qəbələ" Rəşad Sadiqovla yollarını ayırıb. Bu barədə klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib.
34 yaşlı yarımmüdafiəçinin başa çatan müqaviləsinin uzadılmamasına qərar verilib. 2014-cü ilin dekabrından "Qəbələ"də çıxış edən Rəşad indi özünə yeni klub tapmalıdı. Bu isə o qədər də çətin olmayacaq. Belə ki, “Neftçi” artıq Sadiqovla danışıqlar masasına əyləşib.