Ölkə futbolu
Onlar sabah gedir
Mayın 21-dən Avstriyada təlim-məşq toplanışında olan Azərbayc…
Mayın 21-dən Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan yığmasının düşərgəsinə daha 2 futbolçu qoşulacaq. Bunlar Ruslan Abışov və Ağabala Ramazanovdu.
IV İslam Həmrəyliyi Oyunlarında U-23 millimizin heyətində yer almış futbolçular bu səbəbdən əsas yığmanın baş məşqçisi Robert Prosineçkinin sərəncamında deyildilər. Onların Bad-Erlaxa nə vaxt yollanacaqları dəqiqləşib. Abışov və Ramazanov sabah ölkəni tərk edərək, millinin Avstriyadakı toplanışına qatılacaqlar.
Qeyd edək ki, iyunun 3-dək Bad-Erlaxda hazırlıq keçəcək yığmamız DÇ-2018-in seçmə mərhələsi çərçivəsində ayın 10-da Şimali İrlandiyanı qəbul edəcək.